Layihə Planlama və Nəzarət

Layihə Planlama və Nəzarət

Layihə, portfolio-layihələr və proqram-layihələrin idarəetməsi kənardan sadə görünə bilər. Ancaq kiçik, orta və böyük həcmdəki işlərin səmərəli şəkildə, yəni şirkətin marağına görə effektiv icra edilməsi rentabelliyi və müvafiq olaraq mənfəəti dəfələrlə artıra bilər. Bu eyni zamanda gələcək tender ve layihələr baxımından da şirkətin bazardakı reputasiyasına müsbət təsir edəcəkdir. Əksinə, şirkət marağı təmin olunmayan və bu marağın icrasını kontrol edən mexanizm olmadığı təqdirdə, bir kollektivdə müxtəlif maraqlar olacaq ki, bu da bütün fəaliyyət sahələrində itkilərlə müşayət olunacaqdır.

Sifarişçi və podratçı müəyyən hallarda özü də fərqinə varmadan layihənin icra edilməsi zamanı hansısa şöbənin işini qabarda, digərini isə köllgədə saxlaya bilər. Bu da işçilərin və işlərin balansının itməsinə səbəb olur. Nəticədə layihənin uğurla nəticələnməsi çətinləşir, hətta uğursuz olur.

Layihənin sonuna doğru şirkətin diqqəti azalır, başqa layihələrə yönəlir və bəzən aylar, illər keçir layihənin təhvil-təslimi olmur. Nəticədə əldə olunmuş mənfəət də aylıq sabit (dolayı xərclər – indirect expenses) xərclərə sərf olunmaqla itirilmiş olur. Birdən çox layihəni idarə edən şirkətlərdə bu cür problemlərlə tez-tez üzləşməli olur.

Necəki hər bir insan orqanı müstəqil olaraq vacib olduğu kimi, bütün digər orqanlarla vəhdət içində çalışması da mütləqdir. Bunun kimi şirkət içində şöbələr, briqadalar və işçilər  həm ayrı-ayrılıqda, həm də vəhdət şəklində fəaliyyət göstərməsi həyatidir və bu da layihənin davamlılığı üçün ən əsas faktorlardan biridir.

Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan problemlər həm də işin vaxtında yerinə yetirilməsini gecikdirir, keyfiyyəti azaldır və nəticədə xərcləri artırır.

Məlum olduğu kimi project control işinin icrası üçün Primavera P6, MS Excel və MS Project proqramları ən çox tətbiq olunan proqramlardır. Lakin bir vacib məsələ onnan ibarətdir ki, Primavera P6, MS Excel və MS Project proqramlarının imkanlarınnan az istifadə olunur. Biz sahib olduğumuz bilik və təcrübəmizlə, müasir metodlardan istifadə etməklə, Primavera P6, MS Excel və MS Project proqramlarının tətbiqini maksimuma qaldırmaqla işlərin sürətli və keyfiyyətli şəkildə aparılmasını və işçilərin bilik və bacarığının davamlı artırılması xidmətini təmin edirik.

 

A. Müqavilə, İşin Əhatəsi & Cizgilər və Smeta Analizi

Çox geniş yayılmış praktikaya görə tender müddətində layihə idarəetmə komandası qurulmur vəya gec qurulur. Düzgün layihə idarəetmə prossesi üçün müqavilə (contract), işin əhatə dairəsi (miqyası) (scope of work) ana plan və smeta birlikdə analiz (Primavera P6, MS Project, MS Excel vasitəsilə) edilib işə başlanmalıdır.

Tərəflər (sifarişçi-podratçı-subpodratçı) arasında olan hər hansı qeyri müəyyənliyə vaxtında aydınlıq gətirilməlidir. Sənədlərdə qeyd olunan hər hansı bir qeyd ciddi qazanclara vəya itkilərə səbəb ola bilər.

Siz bizim xidmətlərimizdən faydalanmaqla işinizi VAXTINDA düzgün təməl üzərində qura bilərsiz.

 

B. Koordinasiya, Gecikmə və Məhsuldarlıq Məsələlərinin Təyini

Bir-çox halda layihələrdə sadə görünən problemlər ən sona saxlanılır. Ancaq bunlar zamanla şirkətdə koordinasiya, gecikmə və məhsuldarlıq kimi böyük problemlərə səbəb olur. Ona görə layihəylə əlaqədar bütün məsələlər dəqiqliklə yerinə yetirilməlidir.

Prossesin hər bir mərhələsi üçün koordinasiya, gecikmə və məhsuldarlıq mütləq təhlil edilməlidir. Problemlərin üstü örtülməməli, sonraya saxlanmamalı, dəqiq müəyyənləşdirmələr aparılıb həll yolu seçilməlidir.

Biz xidmətlərimizlə bütün tərəfləri (sifarişçi-podratçı-subpodratçı), hər cür resurs balansını və işin icrasına birbaşa təsir edən vacib sənədləri birgə təhlil etməklə işlərin icrasının VAXTINDA və tələb ediləndən daha səmərəli olacağını iddia edirik.

 

C. Düzgün Yol Xəritəsinin Qurulması

İstənilən layihədə ilkin olaraq bütün cavabdeh şəxslərin iştirakı ilə düzgün, səmərəli və işlək yol xəritəsi tərtib edilməlidir. Gələcəkdə ehtiyac duyularsa, lazım olan dəyişikliklər də bu yol xəritəsində yer almalıdır.

Bu şəkildə hazırlanan yol xəritəsi prosses başladıqdan sonra cavabdeh şəxslərin işin icrasında məsuliyyətli olmaqlarına səbəb olacaqdır.

Biz mövcud və gələcəkdə ola biləcək tələbləri nəzərə almaqla VAXTINDA mümkün olan ən effektiv yol xəritəsini formalaşdırırıq.

 

 

D. Prosesin İşləmə Qabiliyyəti (Vəziyyəti, durumu)

  • İnteqrasiya edilmiş Planlama və Xərc(lər) Sistemi

Geniş yayılmış praktikada planlama (planning) və xərclərin (cost) fiziki və faiz göstəriciləri ayrı-ayrı tərtib olunur və izlənir. Hər hansı layihədə zaman keçdikcə bu ikisi arasında fərq böyüyür və işlərin qeyri dəqiq aparıldığı müəyyənləşəndə ciddi problemlər yaranır.

Biz işləri VAXTINDA, həftəlik və aylıq plan və xərc sistemini və prossesin izlənməsini (Primavera P6, MS Project, MS Excel vasitəsilə) qurmaqla əvvəlcədən həll yollarını göstərir və uğurlu başlanğıca zəmin hazırlayırıq. Bu sistem vasitəsilə sifarişçi və podratçı (subpodratçı) münasibətlərində şəffaflıq meydana gəlir.

  • Hesabat və İzləmə

Effektiv hesabat və izləmə sisteminin qurulması bütün prosesin vəziyyətini və işləkliyini görmək və lazımi dəstəyin vaxtında verilməsi üçün fundamental əsaslardan biridir. Dövrümüzün “sürət dövrü” olduğunu nəzərə alsaq hesabat və izləmə sistemi tam düzgün qurularsa o zaman işlərin lazım olan vaxtdan daha çox uzanmasının qarşısı alınar, çevik nəticə əldə edilər və az işçiylə daha çox iş görməyi, yəni işçilərin daha səmərəli istifadəsinə nail olmaq olar.

Xidmətimizin məqsədi sürətli, effektiv və aydın hesabat-izləmə sistemi qurmaqdır. Buradakı məqsəd həm rəhbərliyin prossesdən VAXTINDA xəbərdar olmasını təmin etmək, həm də hər bir komanda üzvünün öz vəziyyətini görməsini və buna görə proqnoz verməyi təmin etməkdir.

  • Vəzifələrin İcrası

Xidmətimizlə komandanızın vəzifə öhdəliklərinin düzgün təyini, işlərin VAXTINDA və keyfiyyətlə icra edilməsi istiqamətində lazımı dəstəyin verilməsini təmin edirik.

  • Dəyişikliklərin İdarə Olunması

Dünyada gedən prosseslər çox dinamikdir, hərgün sahə üzrə yeniliklərlə qarşılaşır və bu yeniliklərdən faydalanmaq istəyirik.

Bu yeniliklərə uyğun olaraq sifarişçinin hər zaman podratçıdan yaxud podratçının sifarişçidən dəyişiklik tələbi ola bilər. Bu tələbin araşdırılması, qərara bağlanması və icrasına başlanması çox əhəmiyyətlidir.

Biz dəyişimi (Change) idarə edə bilmək üçün sistemli bir şəkildər təkrarlanan problemləri təqib edib onların VAXTINDA həlli üçün lazımı addımların atılmasını təmin edirik.

  • Sistemin İnkişaf etdirilməsi

Məlumdur ki, günümüzdə şirkətlər Stand alone, ERP proqramlara kifayət qədər ciddi maliyyə vəsaiti xərcləyirlər. Ancaq bu proqramlar yenə də insan faktorunnan aslıdır və peşəkar mütəxəssislərin köməyi qaçılmazdır.

Çünki, bir-sıra hallarda bu proqramların istifadəsiz qalması, yada çox az gücüylə istifadə edilməsi işə xeyirdən çox ziyan verir və bu gec müəyyən olunur

Bizim xidmətimizin məqsədi şirkətə məxsus sistemlərin daha səmərəli və gəlirli işləməsini təmin etmək, lazım olduqda əlavə analiz formalarıyla proqramların iş gücündən maksimum istifadə etməklə prosseslərdən VAXTINDA xəbərdar olmağı təmin etməkdir.

  • Prossesin Şəxslərdən Aslılığının Minimumlaşdırılması

Fərqli situasiyalarda prosesin müəyyən şəxslərdən aslı olması işin gedişatını yavaşladır (xəstəlik, məzuniyyət, işdən ayrılma, və s.). Bu da təsdiqləmə, test etmə, materialın təhvil alınması və digər mərhələlərdə işlərin sürətini azaldır. Məqsədimiz bu asılılığı ortadan qaldırmaq üçün alternativ yol təqdim etməkdir.

Xidmətimizin məqsədi işi sistemli təşkil etmək və işin gedişatında yarana biləcək maneələri VAXTINDA həll etməkdir.

  • Baza Ehtiyyat İşləri (Dataların ehtiyat nüsxələnməsi işləri)

Şirkət fəaliyyətlərində və xüsusi layihələrdə məlumatların ehtiyyat nüsxələnməsi və arxivləmə işlərinin aparılması çox vacibdir. Bu həm davam edən layihə, həm də gələcək layihələrə istinad (referans) məqsədilə dəqiqliklə həyata keçirilməlidir.

Verilənlər bazası hər bir şirkət üçün önəmli olub, şirkətin nəzarətində olan və ya şirkətə məxsus olan hər hansı bir məhsul haqqınga ətraflı məlumat əldə etməyə, şöbələrarası inteqrasiyaya eyni zamanda hesabataların vaxtında və düzgün hazırlanmasına, bunların nəticəsində vaxt amilinin səmərəli istifadəsinə kömək edir. Verilənlər bazasının olmaması və ya düzgün şəkildə işləməməsi sistemdə təkrarlara yol verərək şirkətin büdcəsinə ciddi ziyan vura bilər.

Xidmətimizin məqsədi bu sistemin əlverişli qurulmasını təşkil etmək və lazım olduğu anda operativ baza məlumatlarını VAXTINDA təqdim etməyi təmin etməkdir.

 

E.  İnteqrasiya

Layihə komandalarının, müxtəlif şöbə, bölmə və briqadaların prossesdə yer alan layihələndirmə (engineering), interfeys, satınalma, tikinti, mexaniki tamamlama və test işlərinin tam bir inteqrasiya və şirkət marağı əsasında icrası təmin edilməlidir.

Siz inteqrasiya xidmətimizdən istifadə etməklə layihələrinizi uğurla və VAXTINDA reallaşdıra bilərsiniz.

 

 

 

 

F. Kadr Bilik və Bacarıqlarının İnkişaf Etdirilməsi

Əməkdaşların təhsil səviyyəsindən asılı olmayaraq onların praktiki biliklərinin mərhələli, real keyslər əsasında inkişaf etdirilməsi dövrümüzün bir nömrəli tələbidir.

Əməkdaşın biliyi artıqca onun iş sürəti, məhsuldarlığı və ən əsası iş məmnuniyyəti artır. Buda əməkdaşın şirkətə və əksinə şirkətin işçiyə faydasını dəfələrlə artırır.

Biz əməkdaşların həm sərt, həm də yumuşaq bacarıqlarının (Hard and Soft skills) inkişafı, onların tutduqları vəzifənin tələblərini peşəkar şəkildə yerinə yetirə bilmələri üçün VAXTINDA profesional dəstək təklif edirik.