Layihə Check-Up Xidməti

Layihə Check-Up Xidməti

Biz şirkətin qeyri – rentabelli işləməsindəki ən vacib səbəbləri müəyyənləşdirib, nəticələri rəhbər heyyətin diqqətinə çatdırmaq üçün ÖDƏNİŞSİZ şəkildə Check-Up (Quality Assurance) xidmətini təqdim edirik.
Təcrübə ilə sabitdir ki, şirkətdə hazırlanan səhv hesabat (reporting) şirkətin – layihənin uğursuzluğunu gizlədə bilər və bəzi hallarda bu məsələ hətta iş bitiminə qədər heç kimə bəlli olmaya bilər.
Şirkət vəya layihənin sağlam olub olmamasının yoxlanması (Checkup) layihənin anlıq görüntüsüylə yanaşı, onda olan problemləri müəyyənləşdirən, ölçən (qiymətləndirən) və layihənin rentabellik səviyyəsini əks etdirən bir xidmət növüdür.

A. İşin Miqyasının Əhatə olunma Göstəricisi

Bir layihədə rentabelli olmağın birinci faktoru Scope of work (İşin miqyası), Smeta və Müqavilənin dəqiq əhatə olunmasıdır. Ən ideal ana plan (Master Baseline Schedule) bu sənədlər əsasında effektiv hazırlana bilər.
Əgər bunlar düzgün əhatə olunmazsa xalis gəliri (profit -i) “0” sıfır deyil, hətta “-” mənfiylə nəticələnə bilər. Bəzən nəticə də layihə natamam qala bilir.
Bu xidməti biz təklif edir və sizin uğrunuz üçün ən yüksək səviyyədə yerinə yetiririk.

B. Hesabat və İzləmə Keyfiyyətinin Göstəricisi

ADüzgün və reallıqları tam əks etdirən Hesabat (reporting) və onun vasitəsilə izləmə – monitorinq, şirkət və layihə menecmenti üçün çox əhəmiyyətlidir.
Hesabatlar miqyasından və sahəsindən asılı olmayaraq hər bir müəssisə üçün dəyərli və vacib amildir. Hesabat vasitəsi ilə işin performansını və rallaşdırılan işlərin keyfiyyətini izləmək və təhlil etmək mümkündür. Hesabatlarda qeyd olunan məlumatlara əsasən rəhbərlik tərəfindən hər hansı gələcək proqnozlar, marketinq planlarının inkişafı, büdcə planlaması və digər istiqamətlərdə doğru qərarların qəbul edilməsi təmin edilir.
Biz bu xidməti təklif edir və sizin tələblərinizi beynəlxalq və lokal təcrübələrimiz əsasında ən yüksək səviyyədə yerinə yetiririk.

C. Müqavilə Öhdəliklərinin İzləmə Göstəricisi

Layihənin tender mərhələsində verilən “uğurlu vədlər – milestones” nə qədər məsuliyyət tələb edirsə, layihənin icrası mərhələsində işlərin verilən milestonelar səviyyəsində təqibi və yerinə yetrilməsi ondan da çox məsuliyyət tələb edir.
Burada müqavilənin öhdəliklərini dəyərləndirmə xidməti sayəsində, müqavilənin layihə planına, icrasına və gələcək dəyişikliklərə uyğunluğu qiymətləndirilir.
Layihə müqavilə sənədləri əsasında analiz etmək və labüd olan müsbət təkliflərlə biz xidmətimizi tamamlayırıq.

D. İnteqrasiya Göstəricisi

İnteqrasiya olmadan bir şirkətin yaxud layihənin uğurundan danışmaq əbəsdir.
İnteqrasiya şirkətin müxtəlif sahələrinin bir-biri ilə hansı formada əlaqələndirilməsinin təmini ilə əlaqəlidir. Müəssisənin şöbələrarası inteqrasiyası ən önəmli mərhələlərdən biridir. Bunun üçün müəssisədə hər komandanın nə etməli olduğu dəqiqliklə bilinməli və hər bir şəxsin rolu və öhdəlikləri hazırlanmalıdır. Şöbələrarası rəqabətin tarazlaşdırılması vacibdir. Həmçinin şirkətin ERP programında şöbələrarası inteqrasiyasının tətbiqi cox vacibdir. ERP tətbiqlə həm vaxta həm də büdcəyə qənaət edilir.
İnteqrasiya qiymətləndirmə xidməti, layihənin sağlamlıq yoxlanışının (checkup) nəticəsi əsasında prossesin əskik yönlərinin layihəyə sonradan inteqrasiya edilməsinin kordinasiyasını təmin edir.

E. Menecmentin Nəzarət Göstəricisi

Menecmentin düzgün və intensiv nəzarəti, işlərin vaxtında və səmərəli icrası və problemlərin vaxt itirmədən həllində ən vacib faktordur.
Layihə menecmentinin nəzarət ölçümü (PM Control Score), layihənin planlanan zamanda, büdcədə və keyfiyyətdə irəlilədiyini qiymətləndirmək üçün istifadə olunur.
Biz layihə menecmentində nələrin vacib və nələrin inkişaf etdirilməli olduğunu araşdırır, qiymətləndirir və uyğun həll təklifləri veririk.