Kritik Vəziyyətlər Üçün Həllər
Məlumdur ki, şirkətlərin proqram, layihə və layihənin idarəedilməsi fəaliyyətlərində kifayət qədər zəncirvari işlər icra edilir və bu işlərin təşkilində yol verilən kritik xətalar bütün prosesə mənfi təsir edir.
Bir neçə il davam edəcək layihəni nəzərə alsaq, o zaman qeyd olunan zəncirdəki kritik xətanı gecikdirmədən həll etmək lazımdır.
Biz bütün prosesə (resurs, vaxt, xərc, təhlükələr, imkanlar) kompleks yanaşır və xidmətimizlə kritik vəziyyətə ən optimal həll yolu təklif edirik.